Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək
Dünya
21.08.2024 12:47
“Berlinin Ukraynaya dəstəyi qeyd-şərtsiz davam edəcək”.
TodayPress xəbər verir ki, bunu Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi üzrə vitse-kansleri Robert Habek deyib.
“Növbəti dönəmdə Ukraynanın fövqəladə vəziyyətlərdə silah-sursat ala bilməsi üçün pul yardımı ediləcək. Ukraynaya verilən 50 milyardlıq kreditin ödənilməsi Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına həyata keçiriləcək” deyə o, əlavə edib.
Habekin sözlərinə görə, 2025-ci ildə Ukraynaya büdcədən daha 4 milyard avro ayrılacaq. O, söz verib ki, bu baş verməsə, o zaman hakimiyyət yeni müzakirələr aparıb, başqa yolla dəstək axtaracaq.
Eyni zamanda, vitse-kansler etiraf edib ki, Donald Tramp prezident seçkilərində qalib gəlsə və ABŞ Ukraynaya dəstəyi dayandırsa belə, Almaniya Ukraynanı tək qoymayacaq.
Töhfə Səməd
tag: Berlin, Almaniya, Ukrayna, Tramp, ABŞ, todaypress.az,