Almaniya Ukrayna ilə əməkdaşlığı davam etdirəcək

Dünya

17.08.2024 17:07

Almaniya 2025-ci ildə AB-də Ukraynanın ən böyük dəstəkçisi olaraq qalacaq. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti açıqlayıb. 

“Lazım olduğu müddətdə dəstəyimizi davam etdirəcəyik. Önümüzdəki aylarda və illərdə Almaniya Ukraynanın silah sistemlərini maliyyələşdirməyə davam edəcək” deyə bildirilib. 

Vurğulanıb ki, Berlin yaxın aylarda Kiyevə hava hücumundan müdafiə sistemləri, eləcə də tank və təkərli haubitsalarla tədarük etməyə davam edəcək.  

Günəş Mərd

tag: Almaniya, Ukrayna ,Berlin, Kiyev, Hava Hücumu, todaypress.az,