Almaniya Ukrayna hərbçilərinə təlim keçmək üçün yeni üsul təklif etdi
Dünya
26.11.2024 13:00
Almaniya Müdafiə Nazirliyinin planlaşdırma qərargahının rəisi Kristian Freydinq alman təlimçilərinə Ukrayna hərbçilərini daha effektiv və döyüşə hazır vəziyyətə gətirmək üçün batalyon və briqada səviyyəsində təlim keçməyə icazə verməyi təklif edib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Ukrinform” agentliyi yayıb.
General-mayor Freydinq Almaniyanın Kiyevə hərbi yardımının əsas koordinatorudur. O, qeyd edib ki, ideyasını Ukraynanın müdafiə naziri Rüstəm Umerovla müzakirə edib. Təklif hələki təsdiqini tapmayıb.
Jurnalistin Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçilərinin öz ölkələrinin ərazisində təlim keçməsinin mümkünlüyü ilə bağlı sualını cavablandıran Freydinq bunda heç bir praktiki üstünlük görmədiyini deyib.
Onun sözlərinə görə, bu, daha risklidir, çünki Rusiya qoşunları NATO qoşunlarının yerləşəcəyi respublika ərazisindəki təlim obyektlərini vurmağa çalışacaqlar.
Günəş Mərd
tag: Almaniya, Ukrayna, Kiyev, AFU, Rusiya, NATO, todaypress.az,