Almaniya Suriyaya 60 milyon avroluq maliyyə yardımı ayırdı
Dünya
01.01.2025 17:35
Almaniya Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması üçün 60 milyon avroluq maliyyə yardımı ayırıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.
İqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse 14 illik müharibə nəticəsində humanitar vəziyyətin fəlakət həddinə çatdığı və əhalisinin 90 faizi yoxsulluq səviyyəsində olan ölkənin xarici yardımlara ehtiyac duyduğunu qeyd edib.
Nazirliyin məlumatında qeyd edilib ki, yardım BMT-nin müvafiq qurumları və QHT-lər vasitəsilə Suriyaya çatdırılacaq.
Məlumatda bildirilib ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin 2024-cü ildə Suriya ilə bağlı götürdüyü 132 milyon avroluq yardım öhdəliyinin bir hissəsidir.
tag: Almaniya,Suriya,Avro,Yardım,Svenya Şultse,todaypress.az,