Almaniya Suriyanın yeni hakimiyyət orqanları qarşısında şərt qoydu

Dünya

06.01.2025 09:17

2545

Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyanın yeni hakimiyyət orqanlarına maliyyə yardımı göstərmək üçün qadınların hüquqlarına hörmət edilməsini şərt qoyub. 

TodayPress xəbər verir ki, bu barədə "Handelsblatt" məlumat yayıb. 

Nazir vurğulayıb ki, Almaniya “islamçı strukturları” maliyyələşdirməyəcək.

Qeyd edək ki, yanvarın 5-də Suriyanın yeni hakimiyyət orqanları Berbok qadın olduğu üçün Dəməşqdəki görüşdən sonra fotosunda onun üzünü gizlədiblər. Berlin tərəfindən müvafiq açıqlama bu hadisədən sonra verilib. 

Günəş Mərd

tag: Almaniya ,Suriya, Qadın ,Hüquq, Hörmət, todaypress.az,