Almaniya Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlıq planlarını açıqladı

Dünya

17.12.2024 14:07

Alman diplomatlar Dəməşqdə Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə görüşərək Suriyada keçid prosesini və ölkədəki azlıqların hüquqlarının müdafiəsini müzakirə edəcəklər. 

TodayPress, "Reuters"ə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlıq planlarını media ilə bölüşüb.

Departament qeyd edib ki, Almaniya “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının fəaliyyətini diqqətlə izləyir. Xarici İşlər Nazirliyinin bəyanatında qrupun son vaxtlar “ehtiyatlı davrandığı” vurğulanıb.

"Dəməşqdə diplomatik mövcudluq imkanları da araşdırılır" deyə Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Almaniyanın HTŞ ilə danışıqlara başlamaq niyyəti dekabrın 12-də məlum olub. Almaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Boris Pistorius Almaniya və digər Avropa ölkələrinin Suriyadakı vəziyyətə daha fəal qoşulmaq niyyətində olduğunu açıqlayıb.

Töhfə Səməd

tag: Alman diplomatlar,Dəməşq,Suriya,XİN,Həyat Təhrir əl-Şam,Boris Pistorius,todaypress.az,