Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı

Dünya

09.12.2024 17:30

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) suriyalıların sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı departamentin nümayəndəsinə istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Suriyadakı vəziyyətlə əlaqədar BAMF dekabrın 9-da suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dərhal dayandıracağını bəyan edib. Hazırda departament nümayəndəsinin qeyd etdiyi kimi, Suriyada vəziyyət qeyri-müəyyəndir və gələcək inkişafı proqnozlaşdırmaq çətindir. Bu səbəbdən də daxil olan müraciətlərlə bağlı ciddi qərarlar qəbul etmək mümkün deyil.

Jurnal qeyd edib ki, hazırda təxminən 47 mindən çox sığınacaq müraciəti mövcuddur. Bildirilib ki, Suriyadakı yeni vəziyyətin mövcud qərarlara heç bir təsiri yoxdur.

Töhfə Səməd

tag: Almaniya, Suriya, BAMF ,Vəziyyət, todaypress.az,