Almaniya süni intellektə malik pilotsuz təyyarələri Ukraynaya təhvil verəcək
Almaniyanın “Helsing” şirkəti Ukrayna üçün süni intellektlə idarə olunan HX-2 pilotsuz uçan aparatlarının kütləvi istehsalına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
2025-ci ilin yanvarından şirkət hər ay min pilotsuz təyyarə istehsal etməyi planlaşdırır. Ukrayna ilə tədarük müqaviləsi hələ sentyabr ayında imzalanıb.
Dronun çəkisi 12 kq, uçuş sürəti saatda 220 km-ə çatır. Pilotsuz aparat 100 km məsafə qət etmək gücündədir.
Lakin dronun əsas xüsusiyyəti onun süni intellekt proqramıdır. Pilotsuz təyyarə ərazini öyrənmək, GPS naviqasiyası olmadan onun yerini müəyyən etmək və müstəqil olaraq hədəfi seçmək və məhv etmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, dekabrın 2-də Almaniya Ukrayna Silahlı Qüvvələrinə 650 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edib.
Günəş Mərd
tag: Almaniya, Ukrayna, Pilotsuz təyyarə, Dron,todaypress.az,