Almaniya Şimali Koreyanı sanksiyalarla hədələdi

Dünya

31.10.2024 14:10

Almaniya Ukraynaya qarşı müharibədə iştirak edəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar tətbiq edə bilər.

TodayPress xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Sebastyan Fişere bildirib.

“KXDR əsgərlərinin Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi barədə məlumat təsdiqlənərsə, biz ikitərəfli münasibətlərdə əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlavə addımlar atacağıq” deyə o, bildirib.  

Sebastyan Fişere qeyd edib ki, alman tərəfi öz mövqeyini əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə çağırılmış Şimali Koreyanın müvəqqəti nümayəndəsinə də çatdırıb. 

Həmçinin Almaniya Çin tərəfi ilə Şimali Koreya hərbçilərinin Rusiyaya köçürülməsinin nəticələrini müzakirə edib.    

Günəş Mərd

tag: Almaniya, Rusiya, KXDR, Çin, Koreya, todaypress.az,