Almaniya Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırdı

Dünya

22.01.2025 19:10

Almaniya Xarici İşlər Nazirliyi Rusiyadan qaynaqlandığı iddia edilən hibrid təhdidlərlə mübarizə çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrini sanksiyaları genişləndirməyə və rus diplomatlarına təzyiqləri artırmağa çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya XİN Rusiya diplomatik pasportlarına malik olan şəxslərin akkreditasiya müddətini və hərəkət azadlığını məhdudlaşdırmağa çalışır.

Qəzet qeyd edir ki, təkliflər gələn həftə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Töhfə Səməd

tag: Almaniya ,XİN,Rusiya,Aİ,Brüssel,todaypress.az,