Almaniya Rusiyadan gələn təhlükələrə qarşı ərazisində Amerika raketlərinə ehtiyacı duyur

Dünya

04.08.2024 12:15

“Rusiyadan gələn təhlükələrə qarşı Amerika Birləşmiş Ştatlarının uzaqmənzilli raketlərinin Almaniya ərazisində yerləşdirilməsi zəruridir”.

TodayPress xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbokun yaydığı bəyanatda deyilib.

O qeyd edib ki, Almaniya indi bütün səylərini göstərir və öz təhlükəsizliyinə sərmayə qoyur. Bununla yanaşı, Almaniyaya Rusiyaya qarşı digər Avropa ölkələrini müdafiə etməyə imkan verəcək etibarlı qüvvə lazımdır.

Töhfə Səməd

 

tag: Rusiya,Almaniya,ABŞ,Uzaqmənzilli raketlər,Avropa ,Müdafiə,todaypress.az,