“Almaniya Rusiya ilə qarşıdurmalara son qoymalıdır”
Dünya
02.08.2024 19:15
“Avropa Rusiya ilə qarşıdurmaya son qoymalıdır”.
TodayPress xəbər verir ki, bu təklifi məşhur alman siyasətçisi, Almaniya Federativ Respublikası Bundestaqının (parlamentinin) deputatı Sara Vaqenknext öz “Youtube” kanalında deyib.
O, mövcud vəziyyəti dəyişdirməyin zəruriliyini qeyd edərək bildirib ki, bu qarşıdurmanı sonlandırmaq Avropanın maraqlarına uyğundur.
Siyasətçinin sözlərinə görə, hazırda Avropa ölkələri ilə Moskva arasında gərgin münasibətlərin fəlakətli nəticələrinin olma ehtimalı artır. Bununla bağlı o, Berlinin müstəqil xarici siyasət yeritməyə, eləcə də ölkəsinin vətəndaşlarının maraqlarına uyğun hərəkət etməyə başlayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Vaqenknext Almaniyanın öz ərazisində Amerikanın uzaqmənzilli silahlarını yerləşdirmək planlarını ağılsızlıq adlandırmışdı.
Töhfə Səməd
tag: Almaniya, Rusiya, Avropa, Qarşıdurma, Moskva, todaypress.az,