Almaniya Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çağırdı
“Almaniya Rusiya ilə münasibətləri yaxşılaşdırmalı və “Şimal axını” qaz kəmərini bərpa etməlidir”.
TodayPress xəbər verir ki, Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kretşmer (Xristian Demokratik İttifaqı) “NTV” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırkı Almaniya hökuməti diplomatiya əvəzinə Ukraynaya silah tədarükü strategiyasını seçib.
“Xatırlatmaq istərdim ki, münaqişə başlayandan bir neçə həftə sonra, heç kim heç nə demədiyi bir vaxtda, mən Rusiya ilə münasibətlərin yaxın onilliklərdə yaxşılaşmalı olduğunu demişdim” deyə siyasətçi əlavə edib.
Töhfə Səməd
tag: Almaniya, Rusiya, Münaqişə,Mixael Kretşmer ,Ukrayna, todaypress.az,