Almaniya Rusiya ilə müharibəyə başlayır? – İddia

Dünya

11.08.2024 13:35

"Almaniya beş ildən sonra Rusiya ilə başlaya biləcək birbaşa hərbi münaqişəyə hazırlaşmalıdır". 

TodayPress xəbər verir ki, bu fikri Bundesverin Hamburqdakı regional komandanlığının rəhbəri Maykl Giess  “Welt”ə müsahibəsində deyib. 

Giessin fikrincə, bütün ölkə müharibəyə hazır olmalıdır, çünki bu, ölkənin taleyini həll edəcək mühüm hadisədir. 

Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Bärbock Rusiyanı yaxın gələcəkdə Avropa təhlükəsizliyinə ən böyük təhdid adlandıraraq, mövcud dünya nizamının qorunmasına və Ukraynaya dəstəyin artırılmasına çağırış edib. 

Günəş Mərd 

tag: Almaniya,Rusiya,müharibə,dünya,todaypress.az,