“Almaniya rəhbərliyi Ukraynaya silah verməklə tarixə zidd hərəkət edir”

Dünya

13.08.2024 12:05

“Almaniya rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin alman hərbi texnikasından istifadə etməyinə razılıq verərək tarixə zidd hərəkət edir”.

TodayPress xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.

Siyasətçi vurğulayıb ki, Böyük Vətən Müharibəsinin xatirəsi hələ də Rusiya xalqı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Almaniya rəhbərliyinin 2022-ci ildə Ukraynaya tank və digər silahların tədarükü ilə bağlı razılaşması rusların diqqətini xüsusilə cəlb edib. Almaniya hökuməti bu mövzuda tarixə hörmət etməyərək mənasız davranışlar nümayiş etdirir. 

Xatıqladaq ki, avqustun 12-də Sol partiyadan olan alman deputat Soren Pellmann Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumlarında alman tanklarından istifadə etməsindən dəhşətə gəldiyini bildirib. 

Qeyd edək ki, bir neçə dəfə bu kimi çıxışlar edən Pellmannın Ukraynaya girişi qadağan edilib. 

Töhfə Səməd

tag: Ukrayna, Almaniya, Hərbi Texnika,Pellmann,Böyük Vətən Müharibəsi, todaypress.az,