Almaniya qoşunlarının Nigerdən çıxarılması başa çatdı

Dünya

31.08.2024 09:05

"Berlin avqustun 30-da səhər saatlarında Afrika ölkəsindən qoşunlarının çıxarılmasını başa çatdırıb".

TodayPress "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın Nigerdəki keçmiş səfiri Hermann Nikolay bildirib. 

O, bunun iki ölkə arasında razılaşma əsasında baş verdiyini vurğulayıb.

Niger ordusunun baş qərargah rəisi Mamane Sani Kiaunun sözlərinə görə, Almaniya öz texnikasını da ölkədən çıxarıb.

O əlavə edib ki, Niger və Almaniya silahlı qüvvələri arasında nümunəvi koordinasiya sayəsində qoşunların çıxarılması ilə bağlı bütün fəaliyyətlər normal şəkildə keçib.

Qeyd edək ki, iyulun 6-da Almaniya Silahlı Qüvvələri Afrika ölkəsinin ərazisində yerləşən hərbi qulluqçularının hüquqi statusu ilə bağlı Niger hakimiyyəti ilə razılığa gələ bilməyib. Bu səbəbdən Bundesver Nigerin paytaxtı Niameydəki hava bazasını tərk edərək əsgərlərini Almaniyaya qaytarmağa qərar verib. 

Xatırladaq ki, Almaniya 2013-cü ildən paytaxt Niameydəki bazadan BMT-nin sülhməramlı missiyası çərçivəsində orada yerləşdirilən qonşu Mali hərbçiləri üçün təchizat mərkəzi kimi istifadə edib. İndi aviabaza bağlanacaq və hərbçilər öz vətənlərinə qayıdacaqlar.

Günəş Mərd

tag: Almaniya, Afrika, Qoşun, Ordu, BMT ,todayrpess.az,