Almaniya Qazaxıstanda nadir torpaq metallarının çıxarılmasında iştirak edəcək
Dünya
17.09.2024 18:55
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə Astanada apardığı danışıqlardan sonra alman şirkətlərini respublikada geoloji kəşfiyyat işləri aparmağa və nadir torpaq metallarının çıxarılmasına dəvət edib.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tokayevin sözlərinə görə, Astana Almaniyadan gələn investorlara əlverişli şərait yaratmaq niyyətindədir.
Həmçinin, Qazaxıstan rəhbəri Mərkəzi Asiya dövlət başçılarının sammiti zamanı ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının tərəfdarı olduğunu bildirib. O, Almaniya investisiyalarının axınını artıra biləcək iqtisadi şuranın yaradılması ideyasını dəstəkləyib.
Töhfə Səməd
tag: Qazaxıstan ,Astana ,Almaniya ,Mərkəzi Asiya ,Almaniya, todaypress.az,