Almaniya Prezidenti üç naziri vəzifəsindən azad etdi
Dünya
07.11.2024 20:16
Almaniya Prezidenti
Frank-Valter Ştaynmayer maliyyə naziri Kristian Lindner, ədliyyə naziri Marko
Buşman, təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatsinqeri vəzifəsindən
azad edib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat
yayıb.
Qeyd olunur ki, hər üç nazir Almaniyanın Azad Demokratlar
Partiyasını təmsil edir.
Lindnerin vəzifələrini isə Almaniya Federal Kansleri
Administrasiyasının dövlət katibi Yorg Kukis icra edəcək. Nəqliyyat və rəqəmsal
infrastruktur naziri Folker Vissing isə Ədliyyə Nazirliyinə başçılıq edəcək.
"Der Spiegel" jurnalının yazdığına görə,
hazırkı kənd təsərrüfatı və qida naziri Cem Özdemir ("Yaşıllar")
Təhsil və Elmi Tədqiqatlar nazirliyinə rəhbərlik edəcək.
Bildirilir ki, kadr dəyişiklikləri Almaniyada hakim
koalisiyanın (Sosial-Demokrat Partiyası, "Yaşıllar" və Azad
Demokratlar Partiyası) dağılmasının nəticəsidir. Almaniyada ciddi siyasi böhran
koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət məsələlərində fikir ayrılıqları
səbəbindən baş verib.
tag: Almaniya, Folker,Prezident,Nazir, Partiya,