Almaniya prezidenti Bundestaqı buraxmaq istəyir

Dünya

20.12.2024 15:43


Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar qəbul etmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə administrasiyanın rəsmi saytında məlumat verilib.

“Son bir neçə gün ərzində mən parlament qruplarının sədrləri və Bundestaqın deputatları ilə danışıqlar aparmışam ki, artıq hazırkı çağırışdan yeni hökumətin formalaşdırılması imkanının olmamasına əmin olsunlar. Ona görə də qanuna uyğun olaraq dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar vermək niyyətindəyəm” deyə ölkə başçısı bildirib.

Dekabrın 16-da Almaniya parlamentinin üzvləri kansler Olaf Şoltsa etimadsızlığa dair səsvermə keçirib. Bundan sonra onlar Ştaynmayerə təklif edib ki, etimad səsverməsi uğursuz olduqdan sonra Bundestaq buraxılsın.

Töhfə Səməd

tag: Almaniya ,Parlament , Bundestaq,Buraxmaq ,todaypress.az,