Almaniya polisi İran vətəndaşını güllələdi
Dünya
11.10.2024 16:00
Almaniya polisi Krefeld şəhərində kinoteatrı yandırmağa çalışan iranlıya atəş açaraq onu yaraladıqdan sonra həbs edib.
TodayPress xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Şübhəli şəxs 38 yaşlı İran vətəndaşıdır və polis onun əməlinin terror aktı olmasına dair məsələni araşdırır.
İranlının kimliyi barədə açıqlama verilməyib.
tag: İran,Almaniya,Polis,Güllələmək,Vətəndaş,Todaypress.az,