Almaniya ordusunu Litvaya yerləşdirəcək
Dünya
23.07.2024 15:20
“Litvanın Bundesver briqadasını ölkə ərazisində daimi yerləşdirmək üçün 2026-cı ilə qədər kifayət qədər vaxtı var”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri Litva Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Asta Skaisgirite deyib.
Onun sözlərinə görə, briqadanın yerləşdirilməsi üçün infrastrukturun tikintisinin ləngiməsi ilə bağlı şayiələr müxalif qüvvələr tərəfindən yayılıb və reallığı əks etmir.
Baş müşavirdən fərqli olaraq, Litvanın milli müdafiə naziri Laurinas Kasciunas bildirib ki, Vilnüs bu layihəni vaxtından başa çatdıra bilməyəcək.
Qeyd edək ki, briqadanın yerləşdirilməsi 800 milyon avroya başa gələcək.
Töhfə Səməd
tag: Litva, Bundesver,Almaniya, Briqada, todaypress.az,