Almaniya ordusunu ən güclü etməyi planlaşdırır
Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Berlin bütün maliyyə imkanlarını səfərbər edərək Almaniya ordusunu Avropada ən güclü adi silahlı qüvvəyə çevirmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kanslerin sözlərinə görə, məqsəd Almaniyanı və Avropanı o qədər güclü etməkdir ki, heç vaxt silaha əl atmaq məcburiyyəti yaranmasın.
Eyni zamanda Merts bildirib ki, Ukraynada atəşkəs məsələsində irəliləyiş müşahidə olunmasa, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcək. Onun sözlərinə görə, sanksiyalar enerji sektoru və maliyyə bazarını da əhatə edə bilər.
Qiymət Mahir
tag: Almaniya,Kansler,Fridrix Merts,Berlin,Ordu,todaypress.az,