Almaniya müdafiə naziri: "Rusiya sülh danışıqları istəmir"

Dünya

14.05.2025 11:35

9

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya Ukraynadakı münaqişə ilə bağlı danışıqlarda maraqlı deyil.

TodayPress xəbər verir ki, o, bu barədə Almaniyanın "ZDF" telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva sülh istəmir, çünki daha çox ərazi işğal etməyi və hərbi əməliyyatları davam etdirməyi planlaşdırır.

Pistorius həmçinin Avropanın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı xəbərdarlıqlarını ciddi qəbul etdiyini bildirib və bunları “blef” saymadığını vurğulayıb.

Türkan İsgəndərli

tag: Almaniya,Rusiya,Avropa,ZDF,todaypress.az,