Almaniya MN Ukraynaya yeni yardım paketinin məzmununu açıqladı
Dünya
02.12.2024 16:47
Ukraynaya göndəriləcək 650 milyon avro (116 milyon manatdan çox) dəyərində yeni yardım paketinə bir sıra hərbi təchizatlar daxildir.
TodayPress xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin (MN) nümayəndəsi Mitko Müller deyib.
“Almaniyanın Ukraynaya yardım paketinə “Helsing” şirkətinin Alman kəşfiyyat və hücum pilotsuz təyyarələri daxildir, onlardan 4 mini bu ilin dekabrından etibarən Kiyevə göndəriləcək. Həmçinin iki “IRIS-T” hava hücumundan müdafiə sistemi, 10 “Leopard-1” tankı, həmçinin 6 min idarə olunmayan və 500 idarə olunan raket daxildir” deyə müdafiə departamentinin nümayəndəsi bildirib.
Müller qış geyimlərinin yeni yardım paketinə daxil ediləcəyini də qeyd edib.
Töhfə Səməd
tag: Müller, Almaniya, Ukraniya,Müdafiə Nazirliyi,Hərbi təchizat, todaypress.az,