Almaniya külək enerjisindən imtina edir

Dünya

29.01.2025 13:40

Almaniyada 1000-ə yaxın külək təsərrüfatı layihəsi risk altındadır. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, bütün məsələ enerji qanunvericiliyinə edilməsi gözlənilən dəyişikliklərdə, yəni bəzi külək elektrik stansiyaları üçün ilkin razılığın ləğvindədir. 

Almaniya Bərpa Olunan Enerji Federasiyasının Şimali Reyn-Vestfaliya üzrə rəhbəri Hans Yozef Vogelin sözlərinə görə, belə dəyişikliklər icazə ərizələrinin tamamilə rədd edilməsi ilə nəticələnəcək.

Bu arada Almaniya 2024-cü ildə külək stansiyaları üçün rekord sayda icazə vermişdi. Hökumət bərpa olunan layihələri milli təhlükəsizliyə xidmət edən “əsas ictimai maraq” kimi təyin etmişdi. Lakin bu siyasət müqavimətlə üzləşdi. Bir çox yerli icmalar öz ərazilərində nəhəng külək turbinlərinin görünməsinə etiraz etməyə başladılar. Nəticədə külək enerjisi üçün hazırlanmış layihələrin gələcəyi təhlükə altındadır.

Töhfə Səməd

tag: Almaniya,Külək,Təsərrüfat,Layihə,Risk,todaypress.az,