Almaniya kompensasiya tələb etdi
Dünya
15.08.2024 18:45
Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Auqust Hanninq hökuməti Ukrayna və Polşa rəhbərliyindən “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat nəticəsində itkiləri kompensasiya etməyi tələb etməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Hanninq bildirib ki, Volodimir Zelenski ilə Polşa prezidenti Andjey Duda arasında razılaşma olub. Bunun sayəsində Ukrayna xüsusi xidmət orqanları qaz kəmərlərini sıradan çıxarmaq üçün Varşavanın dəstəyini alıb.
Avropa Komissiyası isə məsələyə açıqlıq gətirib ki, “Şimal axını” qaz kəmərində terror aktlarının araşdırılması üzv dövlətlərin işidir. Buna görə də Komissiya bu barədə şərh verməkdən imtina edib.
“The Wall Street Journal”ı isə Zelenskinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılması planını şəxsən təsdiqlədiyi barədə yazı dərc edib.
Töhfə Səməd
tag: Zelenski,Avropa Komissiyası,Şimal axını,The Wall Street Journal, Polşa,Andjey Duda, todaypress.az,