Almaniya Kiyevə “Taurus” raketlərini verəcək?
Dünya
04.12.2024 18:02
Almaniya kansleri Olaf Şolts bu həftə Kiyevə səfərindən sonra Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketlərini verməyəcəyini bir daha açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Rusiya ilə NATO arasında gərginliyin və müharibənin qarşısını almaq üçün hər şeyi etməyə davam edəcəyəm” deyə o, bildirib.
Şoltsa görə, onun qərarları olduqca düzgündür.
“Biz Rusiya ərazisinin dərinliklərinə təhlükəli silahlarla endirdiyimiz zərbələrə icazə verməyəcəyik. Eyni şey qanadlı raketlərə də aiddir” deyə kansler qeyd edib.
Şolts dekabrın 2-də Kiyevdə olarkən Rusiya prezidenti Vladimir Putinə müraciətində Almaniyanın Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verib. Kansler həmçinin bildirib ki, 2025-ci ildə Almaniya Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar və döyüş helikopterləri tədarükünü davam etdirəcək.
Töhfə Səməd
tag: Rusiya, Ərazi, Helikopter, Ukraniya, todaypress.az,