Almaniya Kiyevə piyada döyüş maşınları verdi
Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynaya daha 20 “Marder” piyada döyüş maşını göndərib.
TodayPress xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Çatdırılma sentyabrın sonunda tamamlanıb. Beləliklə, Ukraynaya gətirilən döyüş maşınlarının ümumi sayı 200-ə çatıb.
Qeyd edək ki, “Marder” döyüş maşınının ilk tədarükü 2023-cü ilin martında Almaniya hökuməti adından “Rheinmetall” şirkəti tərəfindən təşkil edilib.
“Rheinmetall” Almaniyanın ən böyük müdafiə şirkətidir.
Töhfə Səməd
tag: Almaniya, Ukrayna, Marder, Döyüş, Maşın, todaypress.az,