Almaniya Kiyevə göndərdiyi hərbi yardımı iki dəfə azaldacaq

Dünya

17.07.2024 13:05

Almaniya hökuməti 2025-ci ildə Ukraynaya hərbi yardım üçün bu il ayırdığı məbləği yarıya endirmək niyyətindədir.

TodayPress, “Reuters”ə instinadən xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin hazırladığı büdcə layihəsində göstərilir. 

Hesabata əsasən, 2025-ci il üçün nəzərdə tutulan məbləğ 4 milyard avrodur ki, bu da bu ilkinə nəzərən iki dəfə azdır.

Almaniyanın maliyyə naziri Kristian Lindner isə bildirib ki, bu qərarın əsasında COVID-19 pandemiyası və son enerji böhranı zamanı artan xərclər nəticəsində büdcə tərtibinin çətin olması dayanır. 

Töhfə Səməd

tag: Almaniya, Kiyev, Hökumət, Kristian Lindner, Qərar, COVİD-19, todaypress.az,