Almaniya “Karakal”ları Ukraynaya göndərdi
Dünya
21.11.2024 11:32
Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Növbəti yardım paketinə dörd “PzH 2000” özüyeriyən haubitsa və yeddi “M109” haubitsa, 41 min 155 millimetrlik artilleriya sursatı, 47 minaya davamlı zirehli texnika, “Karakal” desant maşınları və digər silahlar daxildir.
Günəş Mərd
tag: Almaniya, Ukrayna, PzH 2000, M109, Karakal, todaypress.az,