Almaniya kansleri İlon Maskı trol adlandırdı

Dünya

04.01.2025 17:32

Almaniya kansleri Olaf Şolts amerikalı sahibkar İlon Maskı trol adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə Almaniya kansleri “Stern” nəşrinə bildirib.

“Sosial şəbəkələrdə sərt açıqlamalarla diqqəti cəlb etmək istəyənlər çoxdur. Qayda budur: trolu qidalandırmayın” deyə o, vurğulayıb.

Almaniya kansleri əlavə edib ki, 19-cu əsrdən etibarən sosial demokratlar varlı media maqnatlarının onların siyasətlərini açıq şəkildə tənqid etməsinə öyrəşiblər. 

O, tərəfdarlarını sakit olmağa çağırıb. Şolts vurğulayıb ki, onu təhqirdən çox narahat edən Maskın Rusiya ilə yaxınlaşmanı müdafiə edən AfD (Almaniya üçün Alternativ) partiyasını dəstəkləməsidir.

Siyasətçi Maskın Almaniya prezidenti Frank-Valter Ştaynmayerin tiran olması ilə bağlı sözlərini də rədd edib. Bildirib ki, ölkədə güclü və sabit demokratiya var.   

Günəş Mərd

tag: Almaniya,Mask ,Trol,Kansler ,todaypress.az,