Almaniya İsrailə silah ixracını dayandırmayacaq
Dünya
19.09.2024 09:09
Almaniya hökuməti İsrailə silah ixracının dayandırılacağına dair yayılan iddiaları təkzib edib.
TodayPress xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü "DPA" xəbər agentliyinə danışıb.
"İsrailə silah ixracımızala bağlı heç bir qadağa yoxdur və olmayacaq" deyə sözçü qeyd edib.
O, əlavə edib ki, hökumət humanitar qanunları və İsraillə HƏMAS arasındakı mövcud vəziyyəti nəzərə alaraq, silah ixracı ilə bağlı qərar qəbul edir.
Qeyd edək ki, "Reuters" agentliyi Almaniyanın hüquqi problemlərə görə İsrailə yeni silah ixracını dayandırdığını bildirmişdi.
Günəş Mərd
tag: Almaniya, İsrail, Silah ,İxrac, HƏMAS ,todaypress.az,