Almaniya islamçı qruplaşmalara qarşı cəzaları sərtləşdirəcək

Dünya

06.06.2024 22:43

Almaniya islamçı qruplaşmalara qarşı cəzanı sərtləşdirəcəyini bəyan etdi.

TodayPress Reuters-ə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.

Şolz bildirib ki, Almaniya islamçı, eləcə də siyasi motivli hücumlara görə cəzaları sərtləşdirəcək.

“Burada cinayətkarlara və terrorçulara yer yoxdur. Almaniyanın təhlükəsizlik maraqları cinayətkarları müdafiə maraqlarından üstündür” deyə kansler vurğulayıb.


GÜNEL

tag: Almaniya, Olaf Şolz, Qruplaşma, İslam, todaypress.az,