Almaniya İrandakı səfirini geri çağırdı
Almaniya vətəndaşının edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.
TodayPress “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirib ki, Almaniya-İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə görə, İrandakı səfirini geri çağırıb.
Məlumatda o da qeyd edilib ki, Berlinin qətlə kəskin etirazını bildirmək üçün İranın müvəqqəti işlər vəkilini çağırıb.
tag: Almaniya, İran, Berlin,Cəmşid Şarməhdin, Səfir,todaypress.az,