Almaniya iqtisadi böhrana görə parçalana bilər
Dünya
08.11.2024 20:22
Almaniyada böhran getdikcə pisləşir və
kansler Olaf Şolts bunun öhdəsindən gələ bilmir.
TodayPress xəbər verir ki, Almaniyanın müxalif
siyasətçisi Sara Vaqenknext ölkənin aparıcı avtomobil istehsalçılarından biri
olan “Volkswagen” böhranını sənayenin gözlənilən tənəzzülünün simvolu
adlandırıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaları öz
vətəndaşlarının zərərinə dəstəkləyən Şolts hökuməti buna görə cavab verməlidir.
Belə ki, ilk növbədə enerjinin bahalaşması Almaniya vətəndaşlarının cibinə
ziyan vurur.
Oktyabrda Aİ-də qazın orta mübadilə qiyməti ötən ilin
payızından bəri çox artıb - bir kubmetr üçün 456 dollar. Almaniya kansleri isə
günahını etiraf etmir.
Amma son günlər baş verən hadisələr Almaniyanın hakim
koalisiyasının böhran yaşadığını nümayiş etdirir. Gələn ilin büdcəsinin
müzakirəsi zamanı isə fikir ayrılıqları yaranıb. Artıq Almaniyanın
vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek
(“Yaşıllar”) ölkədə hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası
(ASDP), “Yaşıllar”, Azad Demokratik Partiya (ADP)) dağıldığını açıqlayıb.
tag: Rusiya, Böhran, Almaniya, Berlin, Yaşıllar, todaypress.az,