Almaniya ilin sonuna qədər Ukraynada atəşkəsə çağırdı
Dünya
27.11.2024 09:48
Bundestaqın Sol partiyadan olan üzvləri Qreqor Qisi və Ditmar Bartş Almaniya hökumətini Ukraynada gərginliyin azaldılmasına yardım etməyə çağırıblar.
TodayPress xəbər verir ki, onların videomüraciəti “X” sosial şəbəkəsində yayımlanıb.
Birgə bəyanatda siyasətçilər ölkə hakimiyyətini Milad bayramına qədər Ukraynada atəşkəsi təmin etməyə çağırıblar. Onlar vurğulayıblar ki, Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə verməsi böhranın kəskinləşməsinə səbəb olub.
"Almaniya hökuməti atəşkəs təşəbbüsünü elə indi, Miladda, Yeni ildə əldə edə bilər" deyə Qisi müraciətində deyib.
Töhfə Səməd
tag: Almaniya, Ukrayna, Milad,Rusiya, Raketlər, todaypress.az,