Almaniya hökumətinin reytinqi düşdü
Almaniya sakinlərinin böyük əksəriyyəti hakim "İşıqfor" koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən narazıdır.
TodayPress xəbər verir ki, INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, respondentlərin 85%-i Almaniyanın hazırkı hakimiyyətindən narazıdır. Almanların yalnız 14%-i hökumətin işini müsbət qiymətləndirir. Beləliklə, koalisiyadan məmnunluq üzrə yeni antirekord qeydə alınıb.
Xristian Demokratik və Xristian Sosialist Birliklərinin (CDU/CSU) müxalif mühafizəkar blokunun reytinqi isə əksinə, artaraq 32%-ə çatıb.
tag: Almaniya,Hökumət,Reytinq,Koalisiya,Todaypress.az,