Almaniya Filippinlə bağlı niyyətini açıqladı

Dünya

04.08.2024 15:15

“Almaniya Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindədir”.

Todaypress xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir.

"Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, hava hücumundan müdafiə, sahil müdafiəsi və nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil oluna bilər" deyə o, əlavə edib.

Nazir qeyd edib ki, həmçinin hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Töhfə Səməd

tag: Almaniya,Filippin,Hərbi,Əməkdaşlıq,Silah,todaypress.az,