Almaniya da Rusiya ilə sərhəddə qoşun yerləşdirəcək

Dünya

17.07.2024 17:15

Almaniya Rusiya ilə sərhəddi gücləndirir. 

TodayPress xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb. 

Qeyd olunub ki, yaxında NATO-nun bu bölgədəki hərbi personalının sayı yüz minə çata bilər.

Məlumatda, həmçinin gizli "Almaniya Əməliyyat Planı" çərçivəsində ölkənin silahlı qüvvələrinin komandanlığının davamlı olaraq inkişaf etdiyi və yenilənməkdə davam etdiyi qeyd olunub.     

Bundan başqa, Bundesver həm öz qüvvələrini, həm də Şimali Atlantika Alyansındakı müttəfiqlərinin qoşunlarını lazımi silah-sursatlarla təmin edəcək.

Günəş Mərd

tag: Almaniya, Rusiya, Sərhəd, Bundesver, Alyans, NATO, todaypress.az,