Almaniya Cənubi Sudandakı səfirliyini bağladı
Almaniya Cənubi Sudandakı səfirliyini müvəqqəti olaraq bağlayıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərar sözügedən ölkədəki vəziyyətin pisləşməsi ilə əlaqədar qəbul edilib.
"Bir neçə il əvvəl zəif sülh razılaşmasının əldə edilməsindən sonra Cənubi Sudan yenidən vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib" Berbok əlavə edib.
Qeyd edək ki, martın əvvəlində Cənubi Sudanının şimal-şərqindəki Nasir şəhərində hökumət qüvvələri ilə "Ağ Ordu" adlı üsyançı qrup arasında toqquşmalar baş verib.
Türkan İsgəndərli
tag: Almaniya ,Cənubi Sudan,Annalena Berbok ,todaypress.az,