Almaniya Belarus vətəndaşlarını saxladı

Dünya

22.08.2024 10:29

1322

Belarus vətəndaşları viza ilə bağlı suallara görə Almaniyada saxlanılıblar.

TodayPress xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.

İddiaya görə 40-a yaxın vətəndaş İspaniyaya gedən turist avtobusunda saxlanılıb.

"Belarusun Berlindəki səfirliyi dərhal vətəndaşların azad edilməsi işinə cəlb olunub" deyə Anatoli Qlaz bildirib.

Diplomat əlavə edib ki, Almaniya hakimiyyəti ilə qarşılıqlı əlaqə nəticəsində vətəndaşların olduğu avtobus ölkəyə qayıdıb.

Töhfə Səməd

tag: Belarus, Almaniya, İspaniya, Turistlər, Berlin, todaypress.az,