Almaniya “BBC”ni ittiham etdi

Dünya

14.09.2024 17:10

1647

Almaniya Daxili İşlər Nazirliyi Britaniyanın “BBC” media korporasiyasını Almaniya ilə Keniya arasında bağlanmış miqrasiya sazişi ilə bağlı yalan məlumat yaymaqda ittiham edib.

TodayPress xəbər verir ki, bu barədə idarə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Almaniya Daxili İşlər Nazirliyinin narazılığına səbəb olan materialda Keniya ilə bağlanmış əmək miqrasiyası müqaviləsi çərçivəsində Almaniyanın 250 min ixtisaslı və yarıixtisaslı keniyalı işçini qəbul etməyə razılaşdığı bildirilib. 

Almaniya DİN bu məlumatı yalan adlandırıb və qeyd edib ki, müqavilədə Almaniyada işləyə biləcək ixtisaslı işçilərin sayı və ya kvotası qeyd edilməyib.

Töhfə Səməd

tag: BBC, Almaniya , Daxili İşlər Nazirliyi, Müqavilə ,Saziş, Keniya ,todaypress.az,