Almaniya Avropa İttifaqından çıxacaq?
Dünya
19.12.2024 10:48
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası Aİ-nin Almaniya iqtisadiyyatına mənfi təsiri səbəbindən ölkənin Avropa İttifaqından çıxmağa çağırır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər üçün seçki platformasında AfD Almaniyanı Aİ və Avrozonadan çıxmağa çağırır ki, bu da Almaniya siyasətində böyük dəyişikliyə səbəb olacaq” məlumatda qeyd olunub.
“Bloomberg”ə danışan AfD-nin Almaniya kansleri vəzifəsinə namizədi Alice Weidel isə Avropa İttifaqını ölkənin avtomobil sənayesini məhv etdiyinə görə tənqid edib və blokun azad ticarət zonasına çevrilməsini təklif edib.
"Bizə Avropa ölkələri arasında azad ticarət lazımdır, lakin bütün bu bürokratiya bizə lazım deyil" deyə o, bəyan edib.
Onun sözlərinə görə, Almaniyanın avtomobil sektoru Aİ-nin 2035-ci ilə qədər benzin və ya dizellə işləyən daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa qoyulması fikri ilə aldadılıb.
Günəş Mərd
tag: Almaniya ,Avropa İttifaqı, Seçki, Partiya, todaypress.az,