Almaniya Aİ-yə Suriyaya qarşı sanksiyaları yumşaltmağı təklif etdi

Dünya

08.01.2025 08:34

2013

Milad bayramına az qalmış Almaniya Suriyaya qarşı sanksiyaların qismən ləğvini təklif edən iki sənəd hazırlayaraq Avropa İttifaqının qalan ölkələrinə təqdim edib.

TodayPress  xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, sənədlər Suriyanın yeni hakimiyyət orqanlarının sosial məsələlərdə, o cümlədən azlıqların müdafiəsi, silahların yayılmaması və qadınların hüquqlarına hörmətlə bağlı müsbət addımlar atması müqabilində sanksiyaların yumşaldılması mexanizmini təfərrüatlandırır.

Həmçinin hava nəqliyyatına və şəxsi aktivlərin hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı qəzetə şərh verməkdən imtina edib.

tag: Avropa İttifaqı, Britaniya, Almaniya, Suriya, Sənəd, todaypress.az,