Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq
Dünya
12.09.2024 02:36
Almaniya gələn il təhlükəsizlik və
müdafiəyə 75 milyard avrodan çox vəsait xərcləyəcək.
TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə
naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
“Gələn il ayrıca büdcə planından 53,25 milyard avro
ayrılacaq. Bu, əvvəlki ildəkindən 1,3 milyard avro çoxdur. Amma mən tələb
edəndən azdır” nazir deyib.
Pistorius əlavə edib ki, Bundesver üçün xüsusi fonddan
daha 22 milyard avro ayrılacaq.
“Bununla təhlükəsizliyimiz və müdafiəmiz üçün 75 milyard
avrodan çox vəsait ixtiyarımızda olacaq. Bu il 30 ildən artıq müddətdə ilk dəfə
ÜDM-in 2 %-ni müdafiəyə xərcləyəcəyik... Gələcəkdə daha çox xərcləməli
olacağıq, yəni 2 %-dən də çox. Bu qaçılmazdır. Amma müasir dünyada baş verən
böhran və münaqişələr fonunda bu da kifayət etməyəcək” o söyləyib.
Qeyd olunur ki, çərşənbə günü Bundestaqda 2025-ci il üçün
federal büdcə layihəsinin müzakirəsi keçirilir. Büdcənin 480 milyard avrodan
çox nəzərdə tutulduğu bildirilir. Ukraynaya hərbi dəstək üçün 4 milyard avronun
ayrılması planlaşdırılır ki, bu da 2024-cü ildəkindən iki dəfə azdır.
tag: Almaniya,Qoşun, Müdafiə,Bundestteqa,todaypress.az,