Alman siyasətçi: “Berbok karyerasını taclandırmaq istəyir”
“Almaniyanın xarici işlər naziri postundan gedən Annalena Berbok BMT Baş Assambleyasının sədri olmaqla sadəcə şəxsi karyerasını zirvəyə çatdırmaq niyyətindədir”.
TodayPress xəbər verir ki, bu barədə “RİA”ya Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimaer bildirib.
Onun sözlərinə görə, Berbok daim ön planda olmaq, beynəlxalq lider kimi tanınmaq istəyib:
“Bu vəzifə cəmi bir illikdir və praktiki olaraq ciddi səlahiyyətləri yoxdur. Sadəcə bir neçə iclas keçirmək kifayət edir və vəzifə başa çatır” deyə Nimaer vurğulayıb.
Siyasətçi əlavə edib ki, Berbok gələcəkdə “BMT Baş Assambleyasının sədri olmuşam” demək üçün bu addımı atır.
Qiymət Mahir
tag: Almaniya,Annalena Berbok ,BMT ,Ralf Nimaer ,todaypress.az,