Alimlər rekord elastikliyə malik ərinti hazırladı

Dünya

24.04.2025 14:18

4

Alimlər mis, tantal və litiumun nano səviyyədə birləşməsindən ibarət olan və ekstremal temperatur və yüklərə davam gətirə bilən yeni mis əsaslı ərinti hazırlayıblar. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Yeni material yüksək elastikliyi ilə seçilir və mövcud nikel əsaslı istiliyədavamlı ərintilərdən fərqli olaraq, həm yüksək mexaniki dayanıqlıq, həm də güclü elektrik keçiriciliyinə malikdir.

Ərintinin strukturu tantal qatlarının arasına yerləşdirilmiş mis-litium çökmələrindən ibarətdir, bu da onun korroziyaya qarşı davamlılığını artırır.

Mütəxəssislərin sözlərinə görə, ərintinin tərkibinə əlavə olunan litium onun möhkəmliyini və istiliyədavamlılığını daha da artırıb.

Nəticədə əldə edilən material 800°C-yə qədər temperaturda işləyə bilir və 1120 MPa təzyiqə davam gətirə bilir ki, bu da otaq temperaturunda poladdan xeyli üstündür.

Yüksək texniki göstəricilərinə görə bu ərinti aerokosmik, müdafiə və sənaye sahələrində geniş tətbiq potensialına malikdir. 

Qiymət Mahir

tag: Alimlər,Elastiklik,Ərinti,Araşdırma,Todaypress.az,