Alimlər qan xəstəliyini aşkarlayan biosensorlar hazırlayır

Dünya

07.06.2024 20:21

Novosibirsk Dövlət Universitetinin alimləri qan xəstəliklərini aşkar edən biosensorlar hazırlamağa başlayıblar.

TodayPress Rusiya mediasına istinadla xəbər verir ki, rus alimləri bildiriblər ki, cihaz bir damlanın buxarlanma sürəti ilə qanın tərkibini müəyyən edəcək. Onlar sensor qrafitin həssas monatomik təbəqəsi olan qrafenlə örtüldüyünü bildiriblər.

Layihənin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi Vladimir Andryuşşenko :“Artıq elə işlər var ki, orada qurudulmuş damcıların çöküntülərinin strukturunu təhlil edərək bəzi xəstəliklər müəyyən edilir. Məsələn, sağlam inəklə quduzlu inəyin qurudulmuş tüpürcək damcıları fərqlidir” deyə qeyd edib.

GÜNEL

tag: Novosbirisk Universiteti, Cihaz, Alim, Fizika-riyaziyyat, todaypress.az,