Alimlər Dağıstan sahillərində 400 ölü suiti aşkar etdilər

Dünya

24.12.2024 01:26

Xəzər suiti mühafizəsi üzrə birgə proqramının dekabr ayında keçirilmiş onuncu ekspedisiyası sahil boyunda 400 cəsəd aşkar edib.

TodayPress xəbər verir ki, bu barədə  “Kompas” Fondu və Dağıstan Dövlət Universitetinin  araşdırmasında deyilib.

"2024-cü ilin dekabrında Dağıstan sahillərində ölü suitilərin 400-ə çatması təsdiqlənib. Ekspedisiya alimlərin Xəzər suitilərinin sayının görünməmiş sürətlə azalması ilə bağlı narahatlığını bir daha təsdiqləyiblər” hesabatda vurğulanıb

Bildirilib ki, əvvəllər yaz ekspedisiyası zamanı heç bir ölü heyvan tapılmayıb

Alimlərin fikrincə, Xəzər suitilərinin sayının kəskin azalmasının əsas səbəbi kimi “quş qripi” virusunun yayılması göstərilir, eyni zamanda, Xəzər dənizinin sahilə çıxması da vəziyyəti gərginləşdirir.

Aynur TAC

tag: Dağıstan, Suiti,Ölü, Ekspertizya, Xəzər Dənizi, Rusiya, todaypress.az,