Alimlər bu bitkilərin "ağıllı" olduğunu sübut etdi
Dünya
15.06.2024 22:30
Alimlər bəzi bitkilərin problemləri həll etmək üçün kifayət qədər intellektli olduğunu irəli sürürlər.
TodayPress xəbər verir ki, “Plant Signaling and Behavior” jurnalında dərc edilən araşdırmada Şimali Amerikada tapılan qızıl çubuq növü olan Solidago altissima bitkisi alimlər tərəfindən araşdırılıb.
Bu bitkilər həşəratlar tərəfindən yeyilməyə çalışıldıqda, uçucu üzvi birləşmə adlanan kimyəvi maddə ifraz edərək zədələndiklərini və yaxşı bir qida qaynağı olmadığını bildirirlər. Bitki eyni vaxtda yarpaqları vasitəsilə qırmızı işığı əks etdirmə üsulunu dəyişir.
Ətrafdakı bitkilərin bu dəyişikliyi fərq edə bildiyini təsbit edən tədqiqatçılar, bitkilərin qonşularına təhlükəni bu iki yolla çatdırdıqlarını söyləyirlər. Digər bitkinin həşəratların hücumuna məruz qaldığını anlayan qızılbaşlar daha sürətli böyüyərək və daha uçucu üzvi birləşmələr ifraz edərək özlərini qorumağa çalışırlar.
Alimlər tütün bitkilərində də oxşar davranışları müşahidə edərkən, bəzi yabanı pomidorların qırmızı işığın əks olunmasının dəyişməsinin ətrafdakı bitkilərin ifraz etdiyi uçucu üzvi birləşmələrin miqdarını artırdığına diqqət çəkirlər.
GÜNEL
tag: Bitki, Həşərat, Alim, Araşdırma, todaypress.az,